BİZİMLƏ BİZNES ASAN OLACAQ

D-IT MMC

“D-IT” informasiya texnologiyaları sahəsində,
xüsusilə də ERP həllərin təqdimində Azərbaycan və Rusiya
bazarında qabaqcıl şirkətlərdən biridir.

Biznesin Avtomatlaşdırılması

ELƏ İNDİ QAZANMAĞA BAŞLA

Pərakəndə satış mağazaları, ticarət şəbəkələri üçün biznesin avtomatlaşdırılması üzrə artıq hazır qərarlar var. Rusiyanın müxtəlif şəhərlərində yerləşən 67 mağazalarda bizim proqram iri ticarət şəbəkəsi əsasında yaradılıb. Merkuridə biz iri,orta pərakəndə satışın bütün spesifikasını nəzərə aldıq.

ƏMƏKDAŞLARIN ROLLARINI BÖLÜŞDÜRÜN VƏ İŞDƏ HAMIYA ÖZ QAYDALARINIZI QOYUN

Bütün hüquqlar hər bir qrup əməkdaşına və xüsusilə hər kəs üçün siz istəyən formada və sərt şəkildə qoyulur.

İLK GÜNDƏN ÖZ MAĞAZANIZIN İNKİŞAFINI İDARƏ EDİN

Biznes-təhlil, büdcələşmə, ehtiyatlarla idarə etmə, ödənişlərin planlaşdırılması, avto-sifarişlər- siz hər zaman harada, nə üçün hansı miqdarda –operativ olaraq istiqaməti və idarəetmə siyasətini dəyişdirə bilərsiz.

BİR PROQRAMDA BÜTÜN BİZNES-PROSESLƏRİ

Lazımi modulların yığımı ilə vahid platformda – bütün proseslər bir məlumat bazasında toplanır.

Niyə Mercury ERP proqramı istifadə elemelisiniz?

Mercury ERP

Əlini biznesinin nəbzində tut

  • Rahat interfeys. İstifadəçi üçün tez mənimsəmə
  • Müəssisənin əsas fəaliyyət sahələrinin əhatə olunması
  • Ən yaxşı praktikalar. Rusiya və xarici proqramların ən yaxşı qərarlarını toplayırıq.
Mercury POS

Rahat kassa terminalı

  • Dəyəri. Ödənişsiz Linux sistemi ilə işləyir. İstənilən kompüterdən istifadə etmək olar.
  • Etibarlılıq. Dayanmaya davamlı sistem. İnternetə qoşulma tələb olunmur.
  • Sadəlik və sürət. “Siçandan” istifadə etmədən elementar idarə etmə. Bütün əməliyyatları kassir “avtomatla” yerinə yetirir.

Suallarınız var?

  • Dövriyyə vəsaitləri çatışmazlıgı?Open or Close

    Həlli:
    Dövriyyə vəsaitləri qeyri –likvid ehtiyatlarda və/ və ya tamamlanmamış istehsalatda donmuş ola bilər.
    1. Ehtiyatlarınıza nəzarət etmək üçün
    Merkuri – ERP sistemində “Ehtiyatların idarə edilməsi” modulu mövcuddur. O sizə yığılıb qalmış malı aşkar etməkdə, satışlarınız analiz etməkdə və əksinə, “çeşid dəliklərini” tapmaqda yardımçı ola bilər. Moduldan dərhal təchizatçıya sifariş vermək və yaxud başqa anbara/ dükana daxili hərəkəti rəsmiləşdirmək olar.
    2. Tamamlanmamış istehsalatla bağlı problemin
    Həlli daha mürəkkəbdir və sizin biznes – proseslərinin dəyişdirilməsi tələb oluna bilər. “İstehsalat +” modulu sizin istehsalatın hər bir sexinə və sahəsinə hansı məhsuldan (və ya yarımfabrikatdan) nə qədər istehsal etmək, hansı anbara göndərmək lazım olduğunu göstərər. Həmçinin modul “Ehtiyatların idarə edilməsi” modulu ilə sıx qarşılıqlı əlaqədə olduğuna görə sizin istehsalatda dar sahələrin qarşısında xammal buferi yaradılması hesabına onların boş dayanmasının qarşısını alar.

  • Proqramın köməyi ilə satışları artırmaq mümkündürmü?Open or Close

    Həlli:
    Qazanc niyə azdır? Burada sizin fəaliyyət sahənizdən asılı olaraq iki variant irəli sürmək olar.
    1. Müştərilərə xidmətin sürəti
    Müştərilər növbədə dayanmaq istəmir və rəqiblərə üz tutur. Problem piştaxtalı mağazalar üçün aktualdır. Onu ekstensiv yolla (satıcıların sayını artırmaqla), yaxud da intensiv yolla (özünə xidmət formatına keçməklə) həll etmək olar. Merkuri – POS Kalaşnikov avtomatı kimi sadə və etibarlı kassa proqramıdır. Bu proqramda işləməyi öyrənmək çox asandır, onu sındırmaq / aldatmaq çətindir və o, Merkuri – ERP sisteminin bütün imkanlarını dəstəkləyir.
    2. “Çeşid dəlikləri”
    Bir qayda olaraq, biz təchizatçılara müəyyən dövrilik üzrə sifariş veririk. Həmin müddət ərzində tez satılan mallar satılıb qurtarır və alıcılar almaq üçün gəldikləri malı tapa bilmir. “Ehtiyatların idarə edilməsi” və “Avtosifariş” modulları sizə bu mövqeləri müəyyən etməkdə və mağazada başqa malların çoxalmasına səbəb olmadan onların sifarişini artırmaqda kömək edə bilər.

  • Məsrəflər həddən artıq çoxdur və nəzarət olunmur?Open or Close

    Həlli:
    Merkuri – ERP sistemi tam inteqrasiya olunmuş “Büdcələmə” modulu mövcuddur. O Mərkəzləşdirilmiş Maliyyə Hesabatı büdcəsi yaratmaq, onları təşkilatın ümumi büdcəsində birləşdirmək imkanı verir. Büdcənin istər sifarişlər əsasında, istərsə də birbaşa tərtib olunması. İyerarxik MMH və maddələr strukturu. Mədaxilməxaric büdcəsi və Pul Vəsaitlərinin Hərəkət Büdcəsi. Büdcənin yerinə yetirilməsinə nəzarət.

  • İstehsalat sifarişləri vaxtında yerinə yetirə bilmirmi?Open or Close

    Həlli:
    “İstehsalat +” modulu “Resurslar və vəzifələr” modulu ilə birlikdə Avadanlığın yüklənməsini planlaşdırmağa, “dar yerə” uyğun olaraq iş prioriteti verməyə imkan verir. “Ehtiyatların idarə edilməsi” modulu dar yer qarşısında bufer yaratmağa imkan verir. Bütün bunları sizin istehsalatda tətbiq etməyə TOS kömək edər. Bu, Merkuri – ERP sisteminin öhdəsindən gəlməyə yardımçı olduğu problemlərin tam siyahısı deyil.